Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının mükafatlandırma mərasimi baş tutub.
Mükafatlandırma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezidenti Canni İnfantino və AFFA prezidenti Rövşən Nəcəf iştirak edib.
Dövlət başçısı turnirin qaliblərinə və mükafatçılarına medalları və müvafiq mükafatları təqdim edib.
Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında İspaniya yığması turnirin qalibi olub.