Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb

ABŞ millisinin hücumçusu Kristian Pulişiç İtaliyanın "Milan" klubu ilə yeni müqavilə imzalayıb.

Klubun rəsmi saytı futbolçunun yeni müqaviləsinin 2031-ci ilin yayına qədər qüvvədə olacağını açıqlayıb.

28 yaşlı hücumçu 2023-cü ildən "Milan"ın formasını geyinir. O, cari mövsümdə İtaliya çempionatında 6 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Pulişiç Avropa Liqasında da 2 matçda iştirak edib.

Amerikalı futbolçu "Milan"la İtaliya Superkubokunun qalibi olub. O, İtaliya klubuna qədər Almaniyanın "Borussiya Dortmund" və İngiltərənin "Çelsi" komandalarında çıxış edib.

Qeyd edək ki, "Milan" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.