Azərbaycan İrandan bu məhsulun idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,6 %, kəmiyyət olaraq – 3,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ekvadordan 41,61 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11,4 % çoxdur) 39 min 534 ton (+4,3 %), İrandan 13,66 min ABŞ dolları dəyərində (+12 dəfə) 9,22 ton (+51 dəfə), Çindən 10,27 min ABŞ dolları dəyərində (+3 dəfə) 2,62 ton (+2,6 dəfə), Almaniyadan 0,19 min ABŞ dolları dəyərində (-21 %) 0,02 ton (-33,3 %), Kolumbiyadan 0,13 min ABŞ dolları dəyərində (-79 %) 0,01 ton (-83 %) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 56 min ton bananın 98,97 %-i Ekvadorun payına düşüb.