Azərbaycan İrandan bu məhsulun idxalını 51 dəfə artırdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.

Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,6 %, kəmiyyət olaraq – 3,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ekvadordan 41,61 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11,4 % çoxdur) 39 min 534 ton (+4,3 %), İrandan 13,66 min ABŞ dolları dəyərində (+12 dəfə) 9,22 ton (+51 dəfə), Çindən 10,27 min ABŞ dolları dəyərində (+3 dəfə) 2,62 ton (+2,6 dəfə), Almaniyadan 0,19 min ABŞ dolları dəyərində (-21 %) 0,02 ton (-33,3 %), Kolumbiyadan 0,13 min ABŞ dolları dəyərində (-79 %) 0,01 ton (-83 %) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 56 min ton bananın 98,97 %-i Ekvadorun payına düşüb.