Sahibkarın meyiti öz həyətində tapıldı - Foto

Cəlilabad rayonunda meyit tapılıb.

Oxu.az-a istinadən, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olurmuş.