10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib.

Modern.az yeni nazir müavininin dosyesini təqdim edir:

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb.

2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

8 yanvar 2026-cı il tarixindən bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.

O, Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

(Qafqazinfo)