Azərbaycanda professor vəfat etdi - Foto

Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.

Oxu.Az-a istinadən, A.Əfəndiyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.

O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub.