Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla təkbətək görüşü olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü çərçivəsində baş tutub.
Görüş çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.