Azərbaycan hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığına dair Məkkə konvensiyasına qoşulmağı planlaşdırır. Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib."Nisbətən qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi sayəsində Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına cavab verən müasir qanunvericilik bazası formalaşdırıb. Ölkəmiz BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki hüquqi və cinayət məsuliyyəti haqqında konvensiyalarını ratifikasiya edib. Bundan əlavə, Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır", - o bildirib.K.Əliyev qeyd edib ki, qəti siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin əsas amillərindən biridir: "Azərbaycanda Prezident İlham Əliyevin kompleks profilaktik və inzibati tədbirlərin həyata keçirilməsinə yönəlmiş qəti siyasi iradəsi korrupsiyaya qarşı səmərəli mübarizəni təmin etməyə imkan verib".Baş prokuror bildirib ki, Azərbaycanda məhkəmə və hüquq-mühafizə sistemində də islahatlar aparılıb, ixtisaslaşdırılmış antikorrupsiya orqanları yaradılıb:"Ölkəmiz təkcə cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan "vahid pəncərə" prinsipi əsasında dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzləri dövlət idarəçiliyinin şəffaflığının təmin edilməsinə mühüm töhfə verib".K.Əliyev, həmçinin beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edərək, Bakıdakı müzakirələrin dövlətlərə korrupsiyaya qarşı qlobal mübarizədə öz öhdəliklərini yenidən nəzərdən keçirməyə və onları yeniləməyə imkan verəcəyinə əminliyini ifadə edib.
Bu gün
3509 xəbər bu gün
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. Finalda Tacikistanı təmsil edən Loiq Kudbudinovla qarşılaşan idmançı…
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. Finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı…
Paris polisi cümə axşamı və cümə günləri paytaxtda keçirilməsi planlaşdırılan kütləvi aksiyalara qismən qadağa qoyub. Bu barədə “BFMTV” telekanalı məlumat yayıb. Məhdudiyyətlər tələbələrin cümə axşamı gününə…
WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik…
ABŞ Prezidenti Donald Tramp Braziliyadakı prezident seçkilərindən danışıb. ABŞ lideri Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb. “Şərh vermək istəmirəm, amma bu seçkilərin Braziliya xalqı üçün böyük bir…
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyən…
Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb. "Tasnim"ə istinadən, dəniz minaları ilə toqquşan tankerdə yanğın baş verib. İranın Hərbi Dəniz Qüvvələrindən (HDQ) bildirilib ki…
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən bülletenlərin 97,3 %-nin sayılmasından sonra liderlik edir. Bu barədə "The…
ABŞ Prezidenti Donald Tramp Braziliyadakı prezident seçkilərindən danışıb
Kapadokyada Göreme Açıq Hava Muzeyində baş vermiş uçqun nəticəsində ölənlərin sayı artıb
Tehran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezaiyə məktubuna cavab verməyib
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ilə bağlı qərar Kiyevin yaxın günlərdəki addımları və Rusiyada Milli Birlik Günü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı Ukrayna ordusunun mümkün hücumları…
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb