Abşeronda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məktəbdə kütləvi zəhərlənmə baş verib.

Hadisə 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 10 şagird qidadan zəhərlənib.

AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən isə saytımıza bildirilib ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.