Üç rayonda qaz kəsiləcək

Azərbaycanın bəzi rayonlarında qaz kəsiləcək.

Bu barədə "Azəriqaz"dan Lent.az-a məlumat verilib.

Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 30-da saat 09:30-dan işlər yekunlaşanadək Qazax rayonunun Kosalar kəndinin, Şəmkir rayonunun Dəllər Cəyir kəndinin və Tovuz rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.