Bakıda itkin düşən kişinin meyiti tapıldı

Bakıda küçədə meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Pirallahı rayonu, Fioletov küçəsində baş verib.

Oktyabrın 24-də itkin düşən paytaxt sakini, 72 yaşlı Ramis Əliyevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.