Pentaqon İsrailin raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə bu ölkəyə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərir.
Bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla yazıb.
Bildirilib ki, Pentaqon “Patriot” sisteminin Texas ştatından İsrailə yerləşdirilməsi barədə qərar qəbul edib.
Bundan əlavə, gələn ay Yaxın Şərqə ABŞ Hərbi Dəniz Qüvvələrinin daha bir aviadaşıyıcı zərbə qrupunun göndərilməsi planlaşdırılır. Həmin qrup ABŞ-ın regionda yerləşən təxminən 20 hərbi gəmisinə qoşulacaq.