Bakı, 28 oktyabr, AZƏRTACİtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi “National Geographic” tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlərinin gündəlik vərdişləri araşdırılaraq onların 100 yaşdan çox yaşamasına təsir göstərə biləcək amillər müəyyənləşdirilib.AZƏRTAC “Fox News” telekanalına istinadla xəbər verir ki, 2024-cü ilin statistikası Bolotananın “mavi zonalar” sırasına daxil edilə biləcəyini göstərir. Əhalisi 2262 nəfər olan kənddə 10 nəfərin yaşı 100-ü ötüb. Bu göstərici Sardiniya üzrə orta göstəricidən təxminən 10 dəfə, ABŞ üzrə orta göstəricidən isə 11 dəfə yüksəkdir.Tədqiqatçılarının diqqət yetirdiyi əsas amillər gündəlik fiziki fəallıq, bitki mənşəli qidalanma və güclü sosial əlaqələrdir.Kənd sakinləri gündəlik işlərini görərkən çox vaxt piyada hərəkət edirlər. Küçələrin maili olması mağazalara, kafelərə, iş yerlərinə və dostların evlərinə gedərkən fiziki fəallığı artırır. Sakinlər kənd daxilində avtomobillərdən nisbətən az istifadə edirlər.“National Geographic” tədqiqatçısı Den Byütnerin fikrincə, gündəlik həyat tərzinə çevrilən fiziki aktivlik uzunömürlülük baxımından idman zalında məşq etməkdən daha əhəmiyyətli ola bilər.O bildirib ki, kənd sakinləri xüsusi olaraq uzun yaşamağa çalışmırlar. Onların həyat tərzi daha çox yaşadıqları mühitin xüsusiyyətləri ilə formalaşır.Bolotana sakinlərinin qida rasionunda paxlalılar, tərəvəzlər, buğda məhsulları, zeytun və zeytun yağı mühüm yer tutur. Pendir və ət isə daha az miqdarda istehlak edilir.Tədqiqatçının sözlərinə görə, kənddə uzunömürlü insanların qidalanmasının təxminən 90 faizi bitki mənşəli məhsullardan ibarətdir. Səhər yeməyində əsasən çörək, pendir, zeytun və qəhvəyə üstünlük verilir. Günün əsas yeməyi olan naharda isə mövsümi tərəvəzlər və lobya ilə hazırlanan minestrone şorbası tez-tez süfrəyə verilir.Noxud, mərci və ağ lobya sakinlərin rasionunda mühüm yer tutur. Ənənəvi olaraq ət ayda təxminən beş dəfə, əsasən bayram və xüsusi günlərdə yeyilir.Alimlər yerli zeytun yağında olan bəzi nadir yağ turşularının uzunömürlülüklə mümkün əlaqəsini də araşdırırlar. Lakin bu əlaqə hələ elmi cəhətdən qəti təsdiqlənməyib.Uzunömürlülərlə əlaqələndirilən üçüncü amil ailə üzvləri, dostlar və qonşularla müntəzəm ünsiyyətdir. Birgə yeməklər, ictimai tədbirlər və digər kollektiv fəaliyyətlər kənd sakinlərinin gündəlik həyatının mühüm hissəsidir.Den Byütnerin müşahidələrinə görə, kənddə qadınlar arasında sosial əlaqələr xüsusilə güclüdür. Onlar kitabxanada müntəzəm görüşür, birlikdə çörək və şirniyyat bişirir, dini və ictimai tədbirlərdə iştirak edirlər.Kişilərin ev işlərində daha fəal iştirakının qadınların üzərinə düşən gündəlik yükü azalda biləcəyi də ehtimal edilir. Bununla belə, bu amilin qadınların daha uzun yaşamasına birbaşa təsiri elmi baxımdan hələ sübuta yetirilməyib.Mütəxəssislər hesab edirlər ki, Bolotana nümunəsi uzunömürlülüyün yalnız bir amillə deyil, gündəlik fiziki fəallıq, qidalanma və sosial mühit kimi bir-biri ilə əlaqəli xüsusiyyətlərlə bağlı ola biləcəyini göstərir.
Bu gün
260 xəbər bu gün
O, rinqə çıxanda rəqibləri bəzən döyüş başlamamış məğlub olduqlarını düşünürdülər. Güclü zərbələri, aqressiv üslubu və qorxuducu görünüşü ilə Mayk Tayson ağır çəkidə boksun ən məşhur simalarından birinə çevrildi. Lakin…
"Çox sevincliyik, sevincimizin həddi-hüdudu yoxdur. Nəhayət ki, Qarabağa qayıdırıq, orada yaşayıb-yaradacağıq".
Xerson
Çox istərdim bu gün ata-anam da yanımda olsunlar. Təəssüf ki, onlar yoxdur. Bu sözləri "Report"a açıqlamasında bu gün Ağdama qayıdan keçmiş məcburi köçkün Nərgiz Mustafayeva deyib. O, hisslərini gizlədə bilməyib: "Ağdama…
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34…
Hakerlər "Polymarket" bukmeker platformasının saytındakı texniki boşluqdan istifadə edərək istifadəçilərin hesablarından ən azı 2,6 milyon dollar oğurlayıblar. Bu barədə “The Wall Street…
"Otuzillik həsrətdən sonra doğma torpağa qayıdırıq. Bu günü gözləyirdik".
Rusiyalı terapevt və genetik məsləhətçi İrina Nalimova sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ildə bir dəfə ümumi qan analizi verməyi tövsiyə edib. Onun sözlərinə görə, bu müayinə ən informativ analizlərdən biridir.
"Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar. Sevincimizin həddi-hüdudu yoxdur".
ABŞ tədqiqatçıları Mali səhrasında nisbətən böyük bir Mars meteoriti kəşf ediblər.
Rusiyanın Saxalin vilayətinin Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin…
Faciəvi şəkildə dünyasını dəyişən 7-ci sinif şagirdi Günel Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə…
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
В некоторых районах Баку временно отключат газ. Со ссылкой на ПО "Азерига, з", 30 октября с 10:00 и до завершения работ будет приостановлена подача газа на ряде улиц Хатаинского и Сураханского районов. Ограничения…
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper Prezident Donald Trampa İrana mümkün zərbələrlə bağlı hərbi variantları təqdim edib. Bu barədə “The Wall Street…
ABŞ-nin vitse-prezidenti Cey Di Vens məxfi materiallara özünün giriş icazəsindən istifadə edərək uçan naməlum obyektlər (UNO) və fövqəltəbii hadisələr məsələsini anlamaq üçün istifadə etmək niyyətindədir. O, bu barədə…
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin sonsuz müharibəyə çevrilməsinə yol verməyəcək. ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu "Fox News" telekanalının efirində bildirib. "Biz artıq yeddi aydır ki, İranla…
Bakı, 30 oktyabr, AZƏRTAC Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da paytaxtın Yasamal və Səbail rayonlarında, eləcə də…
Bazar kapitallaşmasına görə ilk iki yerdə qərarlaşan kriptovalyutaların – bitkoin və Ethereum-un (“efir”, ETH) qiymətləri kəskin şəkildə ucuzlaşır. Bu barədə "Binance" platformasından…
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası oktyabrın 27-də ölkədə keçirilən parlament seçkilərində bütün bülletenlərin 100 faizinin hesablanmasından…
Yaponiyada yaşı 100-ü keçən insanların sayı 95 mini ötüb. Onların 88 faizindən çoxunu qadınlar təşkil edir. Bu barədə NHK World Japan məlumat yayıb. Mütəxəssislər uzunömürlülüyə töhfə verən amillər arasında müntəzəm…
Rusiya imperiyasının Romanovlar sülaləsinin kolleksiyasına daxil olmuş sapfir Cenevrədə hərraca çıxarılacaq.
Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda "Ən-Nəsr" və "Əl-Xolud" komandaları arasında keçirilən görüş başa çatıb. Ər-Riyaddakı "Əl-Əvvəl" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi…
Fransa seçkilərdə məğlub olan Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə bir növ kompensasiya olaraq təyin edilməsinə qarşıdır.
Hindistanın Burhanpur şəhərində altı yaşlı uşaq nənəsinin aldığı 200 rupilik lotereya bileti ilə 52 min dollarlıq yolsuzluq avtomobili udub. Hadisə şəhərdə böyük şənliklə qeyd edilib.
Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib. Görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə…
Fransada sentyabrın sonundan bəri davam edən etiraz aksiyaları zamanı 1193 polis və jandarm əməkdaşı xəsarət alıb. Bunu ölkənin daxili işlər naziri Loran Nunyes mətbuat konfransında…
"Binance" kriptovalyuta birjası ehtimal edilən haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub. "Report"un xəbərinə görə, ticarət platformasının rəhbərliyi bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb…
Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən…
Bakı, 30 oktyabr, AZƏRTAC Son bir həftə ərzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi nəqliyyat təyyarəsi İsrailin hava bazalarına eniş edib.AZƏRTAC xəbər verir ki, bu barədə “The Times of Israel” aviasiya…
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub.Bu…
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ölkədə konstitusiyaya uyğun olaraq yeni seçkilərin keçiriləcəyini bəyan edib.Bu barədə “Telesur” telekanalı məlumat yayıb. Rodriges xalqa müraciətində…