Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Göygöl rayonunu təmsil etmək mənim üçün yalnız böyük bir etimad deyil, həm də dövlətimizin gələcəyinə, milli maraqlarımıza və siyasi məsuliyyətimizə bağlılığın ifadəsi olmuşdur.

Qurultayda aparılan müzakirələr bir daha göstərdi ki, ölkəmizin davamlı inkişafı möhkəm siyasi iradə, strateji baxış və cəmiyyətin ümumi məqsədlər ətrafında səfərbər olmasını tələb edir.

Sizin rəhbərliyinizlə keçirilən siyasətin mahiyyətində dövlət suverenliyinin qorunması, milli maraqların üstün tutulması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması dayanır. Bu strateji yanaşma ölkənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə yanaşı gələcək nəsillər qarşısında da mühüm məsuliyyət yaradır.

Hesab edirəm ki, bu hədəflərin reallaşdırılmasında siyasi institutların fəallığı, ictimai həmrəyliyin gücləndirilməsi və hər bir vətəndaşın üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının üzvü və Göygöl rayonunun ictimai-siyasi həyatında iştirak edən bir vətəndaş kimi qarşıya qoyulan strateji məqsədlərin yerli səviyyədə dəstəklənməsini, dövlətçilik ənənələrinin qorunmasını və gənc nəslin milli dəyərlər ruhunda formalaşmasını vacib hesab edirəm.

İnanıram ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin davamlılığı ümummilli maraqlara sədaqət, peşəkarlıq və ictimai məsuliyyətin vəhdətindən keçir.

Möhtərəm cənab Prezident!

Sizə möhkəm cansağlığı, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığının yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Atayeva Ruxsarə

Azərbaycan Respublikası, Göygöl rayonu.