Niderland Ukraynaya üç il ərzində 1,2 milyard avro dəyərində hərbi olmayan yardım ayıracaq.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
2027-ci ildə Kiyevə 380 milyon avro, 2028 və 2029-cu illərdə isə hər il təxminən 410 milyon avro ayrılacaq. Vəsaitlər enerji infrastrukturunun bərpasına, sənayenin dəstəklənməsinə və investisiya layihələrinə yönəldiləcək.
Qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin Niderlanda səfəri fonunda açıqlanıb.