Harri Keyn "Qızıl top" mükafatlandırma mərasimindən sonra qələbəsini təmtəraqla qeyd dib.
Nüfuzlu mükafatı aldıqdan sonra "Bayern”in ulduzu Londonun ən eksklüziv gecə klublarından birinə yollanıb və orada sevincli anı ailəsi və dostları ilə bölüşüb.
Keynin komandası kubokla kluba gəlib və futbolçu bayram ab-havası ilə qarşılanıb. Hücumçu ailəsi ilə axşamı davam etdirməzdən əvvəl minnətdarlıq əlaməti olaraq qədəh qaldırıb.
İngilis futbolçunun həyat yoldaşı Keyt və qardaşı Çarli orada olublar. Keynin "Tottenhem”də keçmiş komanda yoldaşları Erik Dayer, Ben Deyvis və Mett Doherti də şənliyə qoşulublar. Qrup hücumçunun tarixi nailiyyətini qeyd edərək rəqs meydançasında əylənib.