“Azərbaycan müğənnilərinin qazanc yeri konsertlər değil, toylardır”.
Bu sözləri prodüser və bir çox müğənnilərin konsert təşkilatçısı Asif Kərimov “Xəzər axşamı” verilişində deyib.
O, aparıcının “Niyə Azərbaycanda müğənnilər konsertlərdən qazanc götürmür?” sualını cavablandırıb:
“Əgər müğənni sadə bir konsert versə, o konsertdən qazanar. Azərbaycan müğənnilərinin qazanc yeri konsertlər değil, toylardır. Bir dəfə konsert verirsən ki, özünü müğənni kimi təsdiq edib, işindən zövq alasan, bunun üçün də yaxşı işlər görməlisən. Yaxşı işlərin ortaya çıxması da pul tələb edir. Əfsuslar olsun ki, satılan biletlər də bu xərci ödəmir. Yəni müğənni sadəcə musiqiçilərlə gəlib oxusa, qazana bilər. Amma bunun küçə reklamları, televiziya reklamları, səhnə dekorasiyaları, işıq effektləri, işçilərin ödənişləri və digər xərcləri var. Bütün bunlar böyük vəsait tələb edir”.