Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Bakı, 27 oktyabr, AZƏRTAC Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində tələbələrin dəstəklədiyi siyasi qüvvə liderlik edir. İlkin nəticələrə görə, bu siyahı parlamentdə hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat qazana bilər.AZƏRTAC Serbiyanın Respublika Seçki Komissiyasına istinadla xəbər verir ki, “Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir” adı ilə seçkilərə qatılan və tələbələrin dəstəklədiyi namizədlər qrupu səslərin 52,71 faizini toplayıb. İlkin hesablamalara görə, bu siyahı parlamentdəki 250 yerdən 140-nı əldə edə bilər.Serbiya Proqressiv Partiyasının (SNS) dəstəklədiyi “Aleksandar Vuçiç – Birləşmiş Serbiya” siyasi koalisiyası isə 39,17 faiz səslə ikinci yerdədir. Bu siyahının parlamentdə 104 mandat qazanacağı gözlənilir.Beləliklə, ilkin nəticələr təsdiqlənərsə, tələbələrin dəstəklədiyi siyasi qüvvə parlamentdə çoxluq əldə edərək hökuməti digər partiyaların dəstəyi olmadan formalaşdıra biləcək.Qeyd edək ki, seçkilər oktyabrın 25-də keçirilib. Yeni parlament fəaliyyətə başladıqdan sonra hökumətin formalaşdırılması prosesi başlayacaq. Serbiyada prezident seçkilərinin isə dekabrın sonunadək keçirilməsi nəzərdə tutulur.