Azərbaycanda içməli su təhlükəsi var? – Dövlət Agentliyindən AÇIQLAMA

Ölkə üzrə mövcud olan su anbarlarında su ehtiyatlarının həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu barədə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.

Agentlik rəsmisi ölkədəki ümumi su vəziyyəti ilə bağlı açıqlamasında qeyd edib ki, respublika üzrə mövcud olan 141 su anbarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard kubmetr daha çox su toplanıb.

Akif Quliyev bildirib ki, su ehtiyatlarının artması sayəsində hazırda respublikada içməli su təminatı ilə bağlı hər hansı bir təhlükə və ya risk müşahidə olunmur.