"AIREX 2026"ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!

Bakı 4-6 noyabrda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026"ya ev sahibliyi edəcək. Avropadan Asiyaya müxtəlif ölkələri təmsil edən 70-dən artıq yerli və beynəlxalq şirkətin iştirak edəcəyi sərgiyə 20 min ziyarətçinin gələcəyi gözlənilir.