Qadınların gözlənilən ömür uzunluğu kişilərdən 4,4 il çoxdur

Azərbaycanda 2025-ci ildə doğulan qadınlar üçün gözlənilən ömür uzunluğu 79,3, kişilər üçün isə 74,9 il təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, göstəricilər arasında fərq 4,4 ildir.

2024-cü ildə gözlənilən ömür uzunluğu qadınlar üçün 79,2, kişilər üçün 74,5 il olmuşdu.

Bu göstərici həmin ilin ölüm səviyyəsinə əsaslanan statistik hesablamadır.