Bolqarıstanda şəxsiyyət vəsiqəsi olmayanlar seçkilərin ikinci turunda səs verə biləcəklər

Bakı, 27 oktyabr, AZƏRTAC Bolqarıstanda etibarlı şəxsiyyət vəsiqəsi olmayan vətəndaşların noyabrın 1-də keçiriləcək prezident və vitse-prezident seçkilərinin ikinci turunda iştirak etməsi üçün xüsusi sertifikatlar veriləcək.AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəxsiyyət vəsiqəsini itirən, sənədi oğurlanan və ya zədələnən, eləcə də sənədinin etibarlılıq müddəti başa çatan vətəndaşlar səsvermə hüququndan istifadə etmək üçün xüsusi sertifikat ala bilərlər.Yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edən şəxslərə sənədin daha tez hazırlanması üçün dəstək göstəriləcək. Oktyabrın 30-dək yeni sənəd ala bilməyən vətəndaşlar səsvermə sertifikatı üçün müraciət edə biləcəklər.Nazirlik qeyd edib ki, oktyabrın 25-də keçirilən birinci tur üçün verilmiş sertifikatlar ikinci turda etibarlı sayılmayacaq. Buna görə seçicilər yeni sertifikat əldə etməlidirlər.