Qəzada xəsarət alan gənc xəstəxanada öldü

Neftçalada ötən gün baş verən avtoqəzada xəsarət alan 21 yaşlı rayon sakini xəstəxanada ölüb.

APA-ya istinadən, hadisə dünən Neftçala rayonunda baş verib. Avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirliən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli orada ölüb.

Faktla bağlı araşdırma aparılır.