ABŞ prezidenti Donald Tramp İranla müharibədə yayda hərbi əməliyyatların dayandırılmasını vaxt itkisi hesab edir.
O, bu açıqlamanı Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında aralıq konqres seçkilərindən əvvəl çıxışı zamanı verib.
Münaqişənin başlanğıcını müzakirə edən Tramp, ABŞ-ın "başqa seçimi olmadığını" bildirib.
"Bu, çoxdan edilməli idi və indi baş verənlər çox tezliklə bitəcək", - deyə Tramp iddia edib.
“Biz qısamüddətli atəşkəs barədə razılığa gəldik, amma mən bundan o qədər də məmnun deyildim. Düşünürdüm ki, bu, vaxt itkisidir. Biz bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verdik. Biz mehriban olmaq istəyirik, amma mənim fikrimcə, bu, vaxt itkisi idi", - deyə ABŞ prezidenti əlavə edib.