Tramp bu barədə məlumat verənlərə 1 milyon dollar vəd etdi

ABŞ prezidenti Donald Tramp seçkilərdə saxtakarlıq barədə məlumat verən şəxslərə 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Tramp bu barədə sosial media hesabında noyabrın 3-də keçiriləcək 2026-cı il aralıq seçkiləri ilə bağlı paylaşımında bildirib.

O qeyd edib ki, mükafat həm əvvəlki seçkilərdə, həm də qarşıdan gələn aralıq seçkilərdə saxtakarlıq barədə məlumat verənlərə şamil olunacaq. Ödənişin həyata keçirilməsi üçün məlumat verilən şəxslərin həbs olunması və məhkəmə hökmü ilə təqsirli bilinməsi tələb olunur.