Sabah Yardımlıda qaz olmayacaq

Sabah Yardımlı rayonunun əksər ərazilərində qaz təchizatı dayandırılacaq.

Ölkə.az xəər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.