"France Football" qəzetinin baş redaktoru Vinsent Qarsiya 2026-cı ildə "Qızıl top"un qalibi olan Harri Keyn ilə ikinci yeri tutan Kilian Mbappe arasında kiçik bir fərq olduğunu açıqlayıb.
Onun sözləri RMC tərəfindən sitat gətirilib:
"Bu il bir neçə ciddi iddiaçı var idi. Ən yaxın iki namizəd - Harri Keyn və Kilian Mbappe üçün çox az səs fərqi ilə qərar verildi. Keyn və Mbappe arasındakı xal fərqi 2024-cü ildə Rodri və Vinisius arasındakı fərqdən daha azdır. O vaxt bu rəqəm 41 idi və bu, artıq kiçik bir fərq idi", - deyə Qarsiya bildirib.
İki il əvvəl "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Rodri qalib gəlmişdi və yekun nəticə mükafatlandırma mərasimi ətrafında mübahisələrə səbəb olmuşdu. Çoxları iddia edirdi ki, "Real Madrid"in ulduz cinah oyunçusu Vinisius Junior mükafatdan məhrum edilib.
Ötən il PSJ-nin hücumçusu Usman Dembele ikinci yeri tutan "Yamal"ı 321 xal qabaqlayaraq mükafata layiq görülmüşdü.