Siyəzəndə DƏHŞƏT: Qadını boğub öldürdü

Oktyabrın 26-da saat 10 radələrində Siyəzən şəhərində qətl hadisəsi baş verib.

Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızını yaşadığı evdə boğaraq öldürüb.

Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.(APA)