Qaz limiti ilə bağlı açıqlama

Ölkə üzrə 2,8 milyon abonent təbii qazla təmin olunur.

Bu barədə məlumat “Azəriqaz” İstehsalat Birliyindən verilib.

Məlumatda bildirilib ki, cari ilin ilk 9 ayı ərzində mövcud abonentlərin 40,9 faizi qaz istehlakı üzrə aşağı tarif limitini keçib.

Qeyd edilib ki, bu, 2026-cı il oktyabrın 1-nə olan məlumatdır.

Xatırladaq ki, "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü ildə qəbul etdiyi Qərarına əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 12,5 qəpik, 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 22 və 30 qəpik olmaqla hesablanır.

Eyni zamanda, əhali istehlakçı qrupu üzrə 1,0 manat sabit tarif (hər ay üçün) müəyyən edilib. Vətəndaş limiti keçdikdə 12,5 qəpiyə aldığı bir kubmetr təbii qaza 22 və ya 30 qəpik ödəməli olur. ( Bizim Media)