Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakırköy bələdiyyəsində aparılan korrupsiya təhqiqatı çərçivəsində 68 nəfər saxlanılıb.
Türkiyə mətbuatına istinadən, nəzarətə götürülənlər arasında bələdiyyə sədrinin beş müavini də var.
Qeyd olunur ki, bələdiyyə tərəfindən 2024-2026-cı illərdə təşkil edilmiş 42 tenderin materiallarının araşdırılması zamanı dövlət büdcəsinə külli miqdarda ziyan vurulduğu aşkar edilib.
Xatırladaq ki, bu il ərzində Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bir sıra genişmiqyaslı antikorrupsiya əməliyyatları həyata keçirilib. Nəticədə bir neçə şəhərin bələdiyyə rəhbərləri və iş adamları məsuliyyətə cəlb olunaraq həbs ediliblər.