İsraildə Dimona şəhərinin girişində İsrail ordusunun Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotun reklam lövhəsi yandırılıb.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, İsrail polisi “Yaşar” partiyasının reklam lövhəsinin yandırılması ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, “Yaşar” partiyasının lideri olan Ayzenkot əsas müxalifət liderlərindən biridir.