Microsoft şirkəti təxminən 60 min əməkdaşına kompensasiya ödənilməsi şərtilə könüllü şəkildə işdən ayrılmağı təklif edib.
Bu barədə “Business Insider” məlumat yayıb.
Süni intellekt infrastrukturuna böyük həcmdə investisiyalar və işçi sayının azaldılması fonunda şirkət xərcləri azaltmağı və yeni məcburi ixtisarlardan yayınmağı hədəfləyir.
Microsoft-un insan resursları üzrə direktoru Emi Koulman bildirib ki, proqram şirkətə daha çevik fəaliyyət göstərməyə və əməkdaşlara gələcək karyera yollarını müstəqil müəyyənləşdirmək üçün daha çox imkan yaratmağa kömək edəcək.