Mbappe Çin xalqından üzr istədi

“Real Madrid”in hücumçusu Kilian Mbappe Mao Tsedunla bağlı zarafatına görə Çin xalqından üzr istəyib.

Futbolçu sosial şəbəkədə yayımladığı açıqlamada müsahibə zamanı verdiyi cavabın düşünülməmiş olduğunu və Çində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan bir çox insanı incitdiyini bildirib.

Mbappe Çin xalqına və onların tarixinə hörmət etdiyini vurğulayaraq sözlərinə görə təəssüfləndiyini qeyd edib.

Qalmaqala səbəb futbolçunun üzünün Çin Xalq Respublikasının keçmiş lideri Mao Tsedunun təsviri ilə birləşdirildiyi mem barədə şərhi olub. Hadisədən sonra Çinin “Dongpeng” və “Mengniu” şirkətləri Mbappe ilə reklam müqavilələrini ləğv ediblər.