Abbas Hüseynov "Qarabağ"dan ayrıldı

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.

Bu barədə Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib:

“Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.

Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.