Məsud Pezeşkian Rusiyaya səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün oktyabrın 26-da Rusiyaya səfər edəcək.

Yerli KİV-ə istinadən, sammit oktyabrın 27-də Moskvada keçiriləcək və Pezeşkian çıxış edəcək. Səfər bir gün davam edəcək və İran lideri ilə bir neçə iştirakçı ölkənin dövlət başçıları arasında görüşlər mümkündür.