Məsud Pezeşkian Rusiyaya səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün oktyabrın 26-da Rusiyaya səfər edəcək.

Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Sammit oktyabrın 27-də Moskvada keçiriləcək və Pezeşkian çıxış edəcək. Səfər bir gün davam edəcək və İran lideri ilə bir neçə iştirakçı ölkənin dövlət başçıları arasında görüşlər mümkündür.