Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi

Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib.

APA-ya istinadən, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Tavuş istiqamətində sərhədi keçmiş Qasımov Yaşar Əli oğlu oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına verilib.