Nazir: Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Bunu Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

“Sülhün əldə olunması iqtisadi imkanların reallaşmasına və bütün ölkələr üçün fayda əldə edilməsinə şərait yarada bilər”,- o qeyd edib.