Niderlandın xarici işlər naziri Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı ölkəsinin vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Bu barədə nazir bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.