Misli Premyer Liqasının IX turu “Turan Tovuz” üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasına (PFL) istinadən, “Neftçi” ilə səfər görüşündə (1:1) Qərb təmsilçisi liqada 150-ci oyununa çıxıb .
74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb. Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.