Son 10 mövsümün ən yaxşı müdafiəsi: "Sabah" rekordu təkrarladı

"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Misli Premyer Liqasının arxada qalan hissəsi "Sabah"ın cəmi bir qol buraxması ilə diqqət çəkir.

Bu mövsüm 8 oyunda orta hesabla 0.125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb. 1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız bir top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə "Qəbələ" nail olub.

2001/02 mövsümündə "Neftçi"nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra "Xəzər Lənkəran" təkrarlayıb.