Məkkə Müqaviləsinin iştirakçıları olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri bu gün Tehranda İran rəhbərliyi ilə görüşəcəklər.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə regional təhlükəsizlik, hərbi-siyasi vəziyyət və ölkələr arasında koordinasiya məsələləri müzakirə olunacaq.
Danışıqlarda Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səud, Pakistan ordusunun Baş Qərargah rəisi fedmarşal Asim Munir, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkə Qarşılıqlı Müdafiə Sazişi imzalanıb. Sazişə əsasən, iştirakçı dövlətlərdən birinə silahlı hücum hər üç ölkəyə hücum kimi qiymətləndirilir.
Üç ölkənin yüksək səviyyəli nümayəndələrinin eyni vaxtda Tehrana səfəri regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından diqqət çəkir.