"Azərbaycanla sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq” - Nihal Səad

“BMT sistemində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biri kimi BMT-nin Ümumdünya Turizm Təşkilatı dövlət və qeyri-dövlət iştirakçılarını bir araya gətirərək dialoq üçün qlobal platforma yaratmaq istiqamətində səylər göstərib”.

Bunu “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" ilə bağlı keçirilən mətbuat konfransında Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Səad dedi.

Onun sözlərinə görə, son 20 ildə təşkilatın qlobal forumları beynəlxalq səviyyədə tanınıb:

“Bu fəaliyyətlər dialoqun münaqişələrin qarşısının alınması, sülhün qurulması və sosial birliyin gücləndirilməsi üçün vacib vasitə olduğuna inamımıza əsaslanır.

Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu bu məqsədlərin həyata keçirilməsi baxımından ən mühüm qlobal platformalardan biri olaraq qalır. Forumun yeddinci dəfə keçirilməsi münasibətilə Azərbaycanla sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq”.