Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Robert Köçəryanın həbs müddətini daha 2 ay uzadıb.
Ermənistan mediasına istinadən, qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.
Köçəryanın vəkili müdafiə tərəfinin qərardan şikayət verəcəyini bildirib.
Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.