Türkiyənin Ankara şəhərində məhkəmə sədri və hakimlərdən birinin hicablı olmasını əsas gətirərək onların işdən kənarlaşdırılmasını tələb edən vəkil Alperen Demirdiş bəraət alıb.
Vəkilə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və əhalinin bir hissəsinin qəbul etdiyi dini dəyərləri açıq şəkildə təhqir etmək ittihamları ilə 1 ildən 3 ilədək həbs cəzası tələb olunub.
Ankara 11-ci Ağır Cinayətlər Məhkəməsi ittihamların hüquqi tərkibinin yaranmadığına qərar verərək Demirdişi hər iki ittiham üzrə yekdilliklə təqsirsiz hesab edib.
Qeyd edək ki, hadisə 14 may 2024-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə prosesi zamanı baş verib.