Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü

Türkiyədə daş kömür mədənində partlayış baş verib.

Hadisə Zonquldaq bölgəsinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl daş kömüründə yaşanıb.

Nəticədə üç fəhlə ölüb, ikisi ağır olmaqla, beş nəfər yaralanıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlamasında bildirib ki, hadisə ilə bağlı Zonquldaq Respublika Baş Prokurorluğu tərəfindən istintaq başlanılıb.

Hazırda, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.