Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb

Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb.

Rumıniyanın TVR telekanalına istinadən, hadisə oktyabrın 23-də baş verib.

Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlverişsiz hava şəraiti və zəif görünüş əməliyyatı çətinləşdirir.

Azərbaycan vətəndaşlarının xilas edilənlər, ölən və ya itkin düşənlər arasında olub-olmadığı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.