“Amerika və Dubaydan orada fəaliyyət göstərmək üçün dəvətlər almışdım, amma bacılarımı tək qoyub gedə bilmədim”.
Bu sözləri müğənni Niyam Səlami “Qonaqcanlı” verilişində deyib.
Bir müddət öncə birdəfəlik xaricə köçüb orada yaşayacağını söyləyən sənətçi bu qərarından müvəqqəti olaraq vaz keçdiyini bildirib:
“Torpağıma, evimə, işimə, bacılarıma çox bağlıyam. Bacılarımı qoyub gedə bilmirəm. Artıq yaşa dolublar. Dəvətlər yenə də çoxdur, amma hələ ki getmirəm. Qarşıda nə olacağını bilmirəm”.
Niyam aparıcının “Vaxtilə restoranınız var idi, indi necə?” sualını da cavablandırıb:
“Restoranım olsaydı, burada nə gəzirdim? İndi restoranının olması üçün yüz minin yox, milyonun olmalıdır. Milyon olmalıdır ki, sən restoran açıb işlədə biləsən. Artıq bu işin daşını atmışam. Qoyun sakit oturum yerimdə. İndi restoranda yalnız ifaçı kimi çalışıram. Şoular yaradıram, mahnılarımı oxuyuram. İnzibati işlərlə məşğul olmuram”.