Neftçalada avtomobil velosipedçini vurub.
Hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.
Həsənov Fərhad Kamil oğlunun idarə etdiyi traktorla 13 yaşlı velosipedçi Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
***
22 oktyabr, saat 23:20
Neftçala rayonunda azyaşlı uşaq yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
APA-ya istinadən, hadisə rayonun Pirətəvana kəndində qeydə alınıb.
Belə ki, Həsənabad qəsəbə sakini 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb və Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.